Arda Turan ''Haber Global''a karantin günlərindən danışdı - Video
Tarix: 16 Aprel 2020 22:32
Türkiyə millisinin sabiq futbolçusu Arda Turan karantin günlərini
necə keçirməsindən danışıb.
Qol.az xəbər verir ki, "Haber Global
TV" ilə canlı bağlantı quran yarımmüdafiəçi gigiyena qaydalarına əməl etdiyini
və artıq çəki almamaq, formada qalmaq üçün məşqlərini davam etdirdiyini deyib.
Müqavilə ilə "Barselona"ya məxsus olan Arda koronavirusla mübarizə
kampaniyasına qoşulmasından da danışıb.