Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 10:27
Bakı. Trend:
Velosipedlə yürüşə çıxıb karantin rejimi qaydalarını pozdular.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan zaman bir qrup gəncin şəhərdən Ləki kəndi istiqamətində velosipedlə yürüşə çıxdıqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin 17 nəfər saxlanılıb və yoxlanılan zaman heç bir icazələrinin olmadığı məlum olub. Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunauyğun müvafiq tədbirlər görülüb.