Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 16:34
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.
Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir. Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:
"Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
Qanunun 10-cu maddəsinin ikinci hissəsindən ikinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da cinayət məsuliyyətindən azad ediləcək.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.