Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onun qayıdışını səbirsizliklə gözləyirəm" - Setyen

Tarix: 17 Aprel 2020 18:44

"Barselona"nın baş məşqçisi Kike Setyen Filippe Koutinyo haqqında fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Setyen braziliyalı futbolçunu sərəncamında görmək üçün səbirsizləndiyini bildirib:

"Məncə, Koutinyo əla oyunçudur. Onu çox bəyənirəm.

Koutinyo "Barselona"ya məxsusdur, transferində maraqlı olan klub ödəniş etməlidir. Amma o, komandaya qayıtmaq istəyir.

Növbəti mövsümün əvvəlində burada olmalıdır. Koutinyonun qayıdışını səbirsizliklə gözləyirəm. Lazım gəlsə, onunla danışacam".

Qeyd edək ki, Koutinyo icarə əsasında "Bavariya"da çıxış edir. O, cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxıb və 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  Onun qayıdışını səbirsizliklə gözləyirəm Setyen


RƏYLƏR