Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 19:14
Koronavirus pandemiyasına görə “Arsenal”ın futbolçularının da məvacibləri azaldılacaq.
Qol.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Futbolçuların əksəriyyətinin aylıq məvaciblərinin 12,5 faiz azaldılmasına razı olduğu bildirilir. Endirim bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək. Bu durumun müddətinin klubun Çempionlar Liqasına vəsiqə qazanmasından da asılı olduğu bildirilir.
Maaşlarının azaldılmasına razı olmayan futbolçuların aqibətinin necə olacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, daha əvvəl “Arsenal”ın futbolçularının maaş azaldılmasına etiraz etdiyi bildirilmişdi.