Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qabaqcıl “Find X2” smartfonunun “Lite” versiyası təqdim edilib

Qabaqcıl “Find X2” smartfonunun “Lite” versiyası təqdim edilib

Tarix: 20 Aprel 2020 13:03

“OPPO” şirkəti öz rəsmi saytında yeni smartfonunu təqdim etməklə qabaqcıl “Find X2” smartfonunun “Lite” versiyasının çıxarılması ilə bağlı şayiələrə son qoyub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “OPPO Find X2 Lite” aparatı “Full HD ” təsvir ölçülü, tərəflər nisbəti 20:9, maksimal parlaqlığı 600 nit və yeniləmə tezliyi 60 Hs olan 6,4 düymlük OLED displeylə təchiz edilib. “Corning Gorilla Glass 5” qoruyucu şüşəsi ekranı cızıqlardan qoruyur.

 

Yeni cihaz 8 nüvəli “Snapdragon 765G” prosessoru ilə işləyir, avtonom və qeyri-avtonom şəbəkələrdə iş rejimini dəstəkləyən “5G” modemlə təchiz edilib. Modelin əməli yaddaşının tutumu 8 QB, daxili yaddaşının tutumu isə 128 QB-dır. Aparat, həmçinin təmassız ödəniş üçün NFC çipi ilə təchiz edilib.

 

Qurğunun əsas kamerası 4 moduldan ibarətdir: 48 mp-lik əsas (f/1.78), 8 mp-lik genişbucaqlı optika, həmçinin 2 mp-lik portret sensoru və 2 mp-lik ağ-qara datçik. Model 4K@ 30 fps formatında video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

 

Smartfon “VOOC 4.0” sürətli enerjidoldurma texnologiyasına malik 4025 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qurğu “ColorOS 7” interfeysli “Android 10” sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov




Etiketlər:  Qabaqcıl Find smartfonunun Lite versiyası təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ