Tarix: 20 Aprel 2020 13:34
Koronavirus pandemiyasının başlanğıc nöqtəsi hesab olunan Çinin Uhan şəhərində həyat normal hala dönür.
Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, şəhərin Superliqada çıxış edən təmsilçisi “Vuhan Zall” da artıq Vuhana qayıdıb.
Şəhərdəki qatar stansiyasında komandanı azarkeşlər qarşılayıblar. Bununla da sözügedən komanda 104 günlük fasilədən sonra öz bazasına qovuşub.
Qeyd edək ki, “Vuhan Zall” Çin Superliqasında mövsümün startı təxirə salınan zaman İspaniyaya təlim-məşq toplanışına yollanmışdı. Ancaq mart ayında İspaniyada da koronavirusun geniş yayılmasından sonra komanda Çinin Şenjen şəhərinə getmişdi. İlkin proqnozlara görə, Çin Superliqası iyun ayında start götürəcək.
Yuxarı