Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir''

''Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir''

Tarix: 20 Aprel 2020 14:08

Yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir. Dövlət başçısının xüsusi tapşırığı ilə yaşı 65-dən yuxarı 15 mindən artıq tənha insana evində xidmət göstərilir.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti pandemiya dövründə vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını qorumaq üçün bütün lazımi tədbirləri görür. Bu prosesdə dövlətin əsas dəstəyi bu virusa yoluxma riski daha çox olan yaşı 65-dən yuxarı tənha vətəndaşlarımızın qorunmasıdır:

"Bu məsələ istər pandemiya dövründə, istər də ondan əvvəlki vaxtlarda Prezident İlham Əliyevin diqqətində olub. Ölkə başçısı daima yaşlı, tənha insanlara qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Bu kateqoriyadan olan insanlar, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqətində olub".

Millət vəkili qeyd edib ki, pandemiya dövründə də cənab Prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tənha insanlara xüsusi xidmət göstərir, onların bütün təminatları ödənilir:

"Həmin şəxslərin ərzaqları, müalicələri təşkil edilir, kommunal xidmətləri ödənilir ki. Bu tədbirlərin məqsədi sözügedən təbəqədən olan insanların evdən çıxmaması, dünyanı cənginə alan bu təhlükəli virusa yoluxmamasıdır".

E.Məmmədov bildirib ki, dövlət başçısının bu humanist addımı ölkədəki xeyirxah insanları da hərəkətə gətirib:

"Azərbaycanda yaşayan imkanlı şəxslər, xeyirxah insanlar bu aksiyaya qoşularaq tənha insanlara yardım etməyə başladılar. Rayon icra hakimiyyətləri və digər qurumlar bu təbəqədən olan insanlara qayğı göstərdi, yaşlıların mühafizəsini gücləndirdilər. Bu günlərdə dünyanın ən inkişaf edən ölkələrindən birində 2 min nəfərdən çox yaşlı və tənha insan öz evlərində diqqətsizlikdən dünyasını dəyişib. Azərbaycanda bu sahədə vəziyyət nümunəvidir və bundan da yaxşı olmalıdır".


Etiketlər:  Yaşlı ahıl insanlara qayğı ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ