Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 02:08
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp dövlət katibinin Qərbi Avropa və Aİ üzrə köməkçisi Culi Fişerin namizədliyini Birləşmiş Ştatların Belarusdakı səfiri vəzifəsinə irəli sürüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Bu gün prezident Donald Tramp növbəti şəxləri öz administrasiyasında əsas vəzifələrə irəli sürmək niyyətində olduğunu bildirib: Tennesi ştatında Culi Fişer, ABŞ-ın Belarusdakı Fövqəladə və Səlahiyyətli Səfiri (vəzifəsinə - red.)".