Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nissan'' təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək

''Nissan'' təxminən 15 min əməkdaşını məzuniyyətə göndərəcək

Tarix: 21 Aprel 2020 09:24

Bakı. Trend:

Yaponiyanın "Nissan" avtomobilqayırma korporasiyasının rəhbərliyi yeni növ koronavirusun yayılması ilə əlaqədar təxminən 15 min əməkdaşının ödənişli məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, məzuniyyətə göndəriləcək əməkdaşlar aprelin 27-dən mayın 1-dək iş yerlərinə gəlməyəcəklər.

Bildirilir ki, məzuniyyətə Yaponiyada yerləşən zavodların menecment və texniki inkişaf şöbələrinin mütəxəssisləri göndəriləcək.

Qeyd edək ki, Yaponiyada koronavirusa 12 minə yaxın yoluxma və 276 ölüm halı qeydə alınıb.


Etiketlər:  Nissan təxminən əməkdaşını məzuniyyətə göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ