Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 12:18
Bakı. İlhamə İsabalayeva – Trend:
Karantin rejimi ilə əlaqədar imtahan qrafiklərində dəyişiklik edilib. Mart və aprel aylarında olan imtahanlar keçirilmədiyi üçün yeni qrafik hazırlanacaq. Bu qrafik 10 gün ərzində ictimaiyyətə təqdim ediləcək.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, mayın 4-dən karantin rejimindən tədricən çıxacacağıq:
“Biz də buna uyğun olaraq, imtahan qrafiki təqdim edəcəyik. Sual verilir ki, imtahan nə zaman olacaq. Bunu dərk etmək lazımdır ki, əsas məqsədimiz sanitar-gigiyena qaydalarına əməl etmək, insanların sağlamlığını qorumaqdır. İmtahan iştirakçılarını təhlükəyə atmamalıyıq”.