Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəbul imtahanı neçə dəfə keçiriləcək? - DİM sədri açıqladı

Qəbul imtahanı neçə dəfə keçiriləcək? - DİM sədri açıqladı

Tarix: 21 Aprel 2020 12:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Mövcud qaydalara görə, il ərzində iki dəfə qəbul imtahanı keçirilir. Şərait imkan versə, iki dəfə imtahan keçirəcəyik. Amma şərait olmasa, imtahan yalnız bir dəfə keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı hələ bir məhdudiyyət qoyulmayıb.

Pandemiya ilə əlaqədar imtahanlarda abituriyentlərə güzəşt edilməsi məsələsinə münasibət bildirən M.Abbaszadə qeyd edib ki, proqram hər kəs üçün eynidir:

“Kimsə proqramı tam, kimsə yarımçıq mənimsəyib. Kimə güzəşt edilməlidir? Hamı eyni vəziyyətdədir. Bu şərait bütün dünyada belədir. Qaydalar hamı üçün eynidir və heç kəsə güzəşt olmayacaq”.


Etiketlər:  Qəbul imtahanı neçə dəfə keçiriləcək DİM sədri açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ