Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Tarix: 21 Aprel 2020 14:45

Bakı. Trend:

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanan paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəymiş və o, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Bakıda piyadanın ölümü ilə nəticələnən qəzası olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ