Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 14:48
Bakı. Samir Əl - Trend:
Bakı Nəqliyyat Agentliyi tərəfindən Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaşayan 155 ailəyə ilkin tələbat məhsullarından ibarət ərzaq sovqatları paylanılıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaqdır.
Aksiya çərçivəsində kənd sakinlərinə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyərinə ciddi əməl etmələrinin, zərurət olmadan digər şəxslərlə təmasda olmamalarının və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi bildirilib.