Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 15:40
Bakı. Trend:
Koronavirus pandemiyası ilə əlaqədar ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı bu il 265 milyon nəfərədək çata bilər.
Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, aclığın qarşısının alınması üçün indidən ciddi tədbirlər görülməlidir.
Ötən il dünyada ərzaq qıtlığı ilə üzləşən insanların sayı 135 milyon nəfər olub.
Qeyd edək ki, bu günədək dünyada 2,4 milyondan çox şəxs koronavirusa yoluxub, 170 minə yaxın xəstə ölüb.