Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2020 18:12
Bakının Xətai rayonunun Polis İdarəsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb edən şəxsi saxlayıblar.
Bu barədə Sonxeber.net-a Xətai rayonu Polis İdarəsindən məlumat daxil olub.
Belə ki, aprelin 20-də 1989-cu il təvəllüdlü Ş.F. polisə müraciət edib. O, 1993-cü il təvəllüdlü M.İ.-nin 2019-cu ilin noyabr-dekabr aylarında ondan şantaj yolu ilə 1500 manat aldığını deyib.
Araşdırma zamanı məlum olub ki, Ş.F. fahişəliklə məşğul olan M.İ.-nin müştərisi olub. Əvvəlcə qız ona həmin şəxsin guya qıza borclu olması adı ilə polisə xəbər verəcəyi barədə hədə-qorxu gəlib. Buna görə, həmin şəxs qıza tələb etdiyi məbləği verib.
M.İ.nin üç oxşar cinayətdə adı keçir.
Şübhəli şəxs tutulub və məsuliyyətə cəlb edilib.