Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu Lənkəranda iftar süfrəsi açıb (FOTO)

Heydər Əliyev Fondu Lənkəranda iftar süfrəsi açıb (FOTO)

Tarix: 2 Iyun 2019 19:12

Bakı. Trend:

Lənkəran rayonunda Heydər Əliyev Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar iftar sürfəsi açılıb.

İftar süfrəsində rayonda yaşayan şəhid ailələrinin üzvləri, əlillər, müharibə veteranları, dindarlar və din xadimləri, ümumilikdə 350 nəfər iştirak edib.

Mərasimdə xeyriyyəçilik aksiyalarının keçirilməsində və sosial qayğıya ehtiyacı olan insanlara köməkliyin göstərilməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi layihələr yüksək dəyərləndirilib.

İftar süfrəsində Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğu qeyd olunub. Həmçinin ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Heydər Əliyev Fondu Lənkəranda iftar süfrəsi açıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ