Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real” ev oyunlarını bu stadionda keçirəcək - FOTO

“Real” ev oyunlarını bu stadionda keçirəcək - FOTO

Tarix: 21 Aprel 2020 18:26

"Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi koronavirus səbəbiylə dayandırırılan La Liqada mövsüm bərpa olunsa, ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirməyi planlaşdırır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Real" rəhbərliyi "Alfredo Di Stefano"da ev oyunlarını keçirmək üçün La Liqa rəhbərliyindən icazə almalıdır. "Kral klubu"nun B komandası olan "Kastilya"da ev oyunlarını bu stadionda keçirir.  

"Alfredo Di Stefano" stadionunun tutumu 6 min nəfərlikdir.

Milli.Az


Etiketlər:  Real ev oyunlarını bu stadionda keçirəcək FOTO


RƏYLƏR