Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb

Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb

Tarix: 21 Aprel 2020 20:00

Bəzi kütləvi informasiya vasitələrində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektoru müdiri vəzifəsinə Eldar İsmayıl oğlu Əsgərovun təyin edilməsi barədə məlumat yayılıb.

Milli Məclisin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xəbər həqiqətə uyğun deyil. Belə ki, Eldar Əsgərov 2017-ci il fevralın 13-dən Parlament Aparatının adıçəkilən şöbəsinin Hərbi qanunvericilik sektorunun müdiri vəzifəsində çalışır.

"KİV nümayəndələrindən bu cür informasiyaları yayarkən bir daha diqqətli olmağa çağırırıq", - deyə məlumatda qeyd edilir.


Etiketlər:  Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ