Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb (FOTO)

Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb (FOTO)

Tarix: 21 Aprel 2020 20:36

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan “Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 000 ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.

Bu barədə Trend-ə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsi ilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Bu maskalarla ilk olaraq COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar.

Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb (FOTO) - Gallery Image Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb (FOTO) - Gallery Image Azərbaycanda polis və jurnalistlər üçün şəffaf maskalar hazırlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycanda polis jurnalistlər üçün şəffaf maskalar hazırlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ