Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 04:02
Azərbaycanda müəllim və şagirdlərin "Virtual məktəb" layihəsindən qeydiyyata keçməsi könüllülük prinsipi əsasında həyata keçirilir.
Sonxeber.net bildirir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov AZTV-yə bildirib. O, qeyd edib ki, daha çox müəllim və şagirdin bu layihəyə cəlb edilməsi interaktivliyi artırmaq məqsədi daşıyır.
Qeyd edək ki, şagirdlərin "Virtual məktəb" layihəsindən qeydiyyata keçmələri prosesi aprelin 1-dən, müəllimlərin isə aprelin 18-də start götürüb. Proses hələ də davam edir. (ölkə.az)