Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 07:09
Mayın 11-dək, yəni karantin rejimindən çıxmağın ilkin mərhələsində fransızların 5,7 faizi (3,7 milyon fransız) yeni koronavirusa yoluxmuş olacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Paster İnstitutunun hazırladığı nəşrində yazılıb. Bildirilib ki, mayın 11-də epidemiyaya qarşı görülən bütün tədbirlər aradan qaldırılarsa epidemiyanın ikinci dalğasından yayınmaq olmayacaq. İkinci dalğadan yayınmaq üçün kollektiv immunitet, yəni immunlaşmış insanların sayı 70 faiz təşkil etməlidir. Ancaq hal-hazırda vəziyyət bu rəqəmdən çox uzaq olduğunu deyilib.
Fransa Baş Naziri Eduard Filip də bununla bağlı bildirib ki, təcrid olma rejimindən çıxanda epidemiyanın 2-ci dalğasından yayınmaq üçün bütün mövcud gigiyenik tədbirlər qüvvədə qalacaq. Baş Nazir fransızlara xəbərdarlıq edib ki, epidemiyadan əvvəlki həyata qayıdış uzun zaman tələb olunacaq.
Paster İnstitutunda epidemiya ilə bağlı tədqiqat aparmış Simon Koşemez təcridolma rejimindən problemsiz çıxmaqla bağlı daha dərindən düşünməyə ehtiyac olduğunu bildirib.
Qeyd edilib ki, əhalinin az qisminin yeni koronavirusa yoluxması təcridolma rejiminin tətbiq olunması ilə bağlıdır. Təcridolma rejimindən əvvəl 3,3 faiz yoluxmuşdursa, təcridolma rejimi müddətində 0,5 faiz yoluxub.
S.Koşemez bildirib ki, yeni virusla ölmək riski qadınlarla müqayisədə kişilərdə 50 faiz daha çoxdur və bu yaş kateqoriyasına görə dəyişir.