Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Honda'' Yaponiyada iki zavodunun işini dayandırır

''Honda'' Yaponiyada iki zavodunun işini dayandırır

Tarix: 22 Aprel 2020 08:08

Bakı. Trend:

Yapon avtomobil istehsalçısı "Honda" yeni növ koronavirusun yayılması səbəbiylə Saytama prefekturasındakı iki zavodda istehsalını dayandıracaq.

Trend-in məlumatına görə, bu barədə yerli Kyodo agetliyi xəbər yayıb.

Sayama şəhərindəki miniven buraxan zavod aprelin 27-dən mayın 1-dək, krossoverlərin yığıldığı Yoria şəhərindəki zavod isə aprelin 27-dən eyni ayın 29-na qədər istehsalı dayandıracaqlar.

Daha əvvəl ölkədə "Mitsubisi Motors" və "Subaru" avtomobil istehsalçıları zavodlarının bağlanması barədə məlumat verib.


Etiketlər:  Honda Yaponiyada zavodunun işini dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ