Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb'' - Laçın rayonundan məcburi köçkün ölkə başçısına minnətdarlıq edib

''Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb'' - Laçın rayonundan məcburi köçkün ölkə başçısına minnətdarlıq edib

Tarix: 22 Aprel 2020 10:03

Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Milli.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Laçın rayonundan məcburi köçkün, Ağcabədi rayonu sakini Pəhlivan Məmmədovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Pəhlivan Məmmədovun məktubunda qeyd edilir:

"Möhtərəm Prezidentimiz.

Dağlıq Qarabağ münaqişəsi səbəbindən 1992-ci ildən doğma yurdumdan köçkün düşərək ailəmlə birlikdə Ağcabədi rayonu ərazisində məskunlaşmışam. Mənfur düşmənlərimizin xəyanəti nəticəsində el-obamızı itirsək də, heç vaxt çətinlik görməmişik. Çünki Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb.

Hazırda Laçın Rayon Baytarlıq İdarəsində baytar həkim işləyirəm. Bu günlərdə ailəmiz dövlətimiz tərəfindən yeni evlə təmin olundu. Bu, Sizin, dövlətimizin xalqa daimi qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Allah Sizi qorusun, ölkəmizi bütün bəlalardan hifz eləsin".

Milli.Az


Etiketlər:  Azərbaycan dövləti hər zaman məcburi köçkünlərin qayğısına qalıb Laçın rayonundan məcburi köçkün ölkə başçısına minnətdarlıq edib


RƏYLƏR