Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belarus Rusiyadan qoyun-keçi idxalını dayandırdı

Belarus Rusiyadan qoyun-keçi idxalını dayandırdı

Tarix: 22 Aprel 2020 12:08

Bakı. Trend:

Belarus Rusiyanın İvanovo vilayətində qoyun və keçi idxalını müvəqqəti olaraq dayandırıb.

Trend-in məlumatına görə, buna həmin heyvanlarda çiçək xəstəliyinə yoluxma hallarının aşkarlanması səbəb olub.

Qeyd olunur ki, qadağa aprelin 22-dən etibarən qüvvəyə minir.

Qərara əsasən, qoyun və keçilərlə yanaşı, zoopark və sirk məqsədləri üçün gətirilən digər cütdırnaqlı heyvanların gətirilməsi də qadağan edilib. Bundan başqa, İvanovo vilayətindən Belarusa süd və süd məhsulları, dəri və yun idxalı dayandırılır.


Etiketlər:  Belarus Rusiyadan qoyun keçi idxalını dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ