Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 01:04
İspaniyalı futbolçu Xose Antonio Reyesin ölümünə səbəb olan avtomobil qəzasının bəzi detalları məlum olub.
Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, hadisə Almendralex bölgəsindən Utrerə gedən yolda baş verib. İspaniya Mülki Mühafizə Xidmətinin hesabatında bildirilir ki, qəzaya 35 yaşlı yarımmüdafiəçinin idarə etdiyi "Mercedes" markalı avtomobilin təkərinin partlaması səbəb olub. Mütəxəssislərin hesablamalarına görə, həmin vaxt maşının sürəti saatda 237 km olub. Nəticədə Reyes idarəetməni itirib və maşın yoldan çıxaraq, aşıb. Daha sonra isə yanmağa başlayıb. Qəza nəticəsində futbolçu ilə yanaşı, əmisi oğlu da hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Reyes karyerası ərzində "Sevilya" ilə yanaşı, "Arsenal", "Real, "Atletiko", "Benfika", "Espanyol", "Kordoba", "Sinzyan Tyanşan Leopard" və son olaraq "Estremadura"da oynayıb.