Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial tədbirlər əhaliyə koronavirus böhranını yüngül keçirməyə imkan verdi - Rusiyalı ekspert

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial tədbirlər əhaliyə koronavirus böhranını yüngül keçirməyə imkan verdi - Rusiyalı ekspert

Tarix: 22 Aprel 2020 15:54

Koronavirus pandemiyası dövründə əhalinin rifahının müdafiəsi üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər çox effektli olmuşdur.

Sonxeber.net bildirir ki, bunu Day.Az-a özəl müsahibəsində Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının dosenti, iqtisad elmləri namizədi Nikolay Kulbak deyib.

Ekspert bildirib: "Bütün bu tədbirlər məntiqi və düzgündür, ilk növbədə ona görə ki, ayrı-ayrı sahələrin deyil, kiçik və orta biznesin, konkret şəxslərin dəstəklənməsinə yönəlib. Çünki, bu böhranda əvvəkilərdən fərqli olaraq böyük firma və müəssisələrdən daha çox kiçik və orta biznes, xidmət sahələri, adi insanlar ziyan görəcəklər. Bu, konkret hansısa səhə üzrə yaşanan böhran deyil, bütün sahələrə toxunacaq bir böhrandır. Ona görə, görülən tədbirlərin siyahısı çox doğru seçilmişdir və özünü doğrultdu".

Həmsöhbətimiz əlavə etdi ki, Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, dövlət başçısı insanların bu böhranı yüngül, az itkilərlə keçirmələri üçün çalışır:

"Sözsüz ki, görülən tədbirləri nəzarətdə saxlamaq lazımdır. Konkret qərarları konkret rəqəmlərdə reallaşdırmaq vacibdir. Mən Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə atılan bütün addımları müsbət qiymətləndirirəm".

Daha sonra N.Kulbak qeyd etdi: "Ümumilikdə Azərbaycanla bağlı açıqlanan rəqəmlər vəziyyətin bir çox ölkələrdən yaxşı olduğunu göstərir. Görünür ki, bu, düşünülmüş özünütəcrid tədbirlərinin və insanların bu tədbirlərə riayət etmələrinin nəticəsidir.

Doğrudur, dünya üzrə xəstəliyə yoluxma dinamikasını izləyərkən demək olar ki, bəzi ölkələrdə pandemiyanın pik həddi hələ qabaqdadır. Lakin Azərbaycanla bağlı statistik nəticələr ümid etməyə əsas verir ki, burada vəziyyət nəzarət altındadır və təhlükəli həddə çatmayacaq.

Əksər mütəxəssislər vəziyyətin daha da mürəkkəbləşəcəyini proqnozlaşdırırlar, lakin inanmaq istərdik ki, Azərbaycan digər ölkələrin pandemiya dövründə buraxdığı səhfləri təkrarlamayacaq, yenə doğru qərarlar qəbul edəcək, hələ vaxt var və ümid edirik ki, hər şey yaxşı olacaq".


Etiketlər:  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial tədbirlər əhaliyə koronavirus böhranını yüngül keçirməyə imkan verdi Rusiyalı ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ