Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 02:00
Baki. Trend:
Silahlılar sutka ərzində Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişinin sözlərinə görə, atəşkəs rejiminin mövcud olduğuna baxmayaraq, "İdlib deeskalasiya bölgəsi"ndə fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələr atəşkəsi pozmağa davam edir:
"Sutka ərzində silahlılar Latakiya vilayətinin Rüyəsət-İsgəndər (iki dəfə), Sandran, Akç-Bayer, Mortlu, Ayn-Əl-Əşra, Royset-Ruşu, Kabux, Roys-Usleman yaşayış məntəqələrini və Xama vilayətinin Kalt-Marza yaşayış məntəqəsini atəşə tutublar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin