Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millinin baş məşqçisi istefa verdi

Millinin baş məşqçisi istefa verdi

Tarix: 22 Aprel 2020 18:38

Şimali İrlandiya millisinin baş məşqçisi Martin O'Nil istefa verib.

Qol.az xəbər verir ki, bu barədə Şimali İrlandiya Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, komanda Avro-2020-yə vəsiqə qazanmaq üçün pley-off oyunları keçirməli idi. Ancaq koronavirus səbəbindən bu matçlar təxirə salınıb. Tərəflər bu ərəfədə əməkdaşlığa son verməyə qərar verib.

O'Nil istefası ilə bağlı bildirib ki, federasiya ilə müzakirədən sonra kənara çəkilmək üçün ən yaxşı vaxt olduğunu düşünüb: "Komandanı ən güclü formada tərk etmək vacib idi. Yeni baş məşqçiyə vaxt vermək önəmlidir”.

 


Etiketlər:  Millinin baş məşqçisi istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ