Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 23:36
Həyati vacib parasetamol, dimedrol kimi dərmanların istehsalı dayana bilər.
Artıq bu dərmanları indiki satış qiymətləri ilə buraxmaq rentabelli deyil.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Rusiyanın nəhəng farmaseptik kompaniyaları 50 adda həyati əhəmiyyətli preparatların istehsalını dayandıra bilər. Rublun devalvasiyası və import məhsulların bahalaşması Rusiya istehsalı parasematol, dimedrol, qlükoza, ibuprofen kimi dərmanları bazardan çıxaracaq.
Artıq bir çox şirkətlər məktubla müraciət ediblər.
Biosintez kompaniyasında bir qutu parasetamolun istehsal qiyməti 17 rubla başa gəlir, amma onun satış qiymətinin yol verilən həddi 10,1 rubldur.
Xarici istehsal olan ibuprofenin qiyməti tələbata uyğun olaraq 22 dollardan 28 dollara, parasetamolun isə 4,5 dollardan isə 5,8 dollara qalxıb. Amma Rusiya istehsalı dərmanlarda qiymətlər olduğu kimi qalıb. "Biosintez"artıq bu adda preparatların istehsalını dayandırdığını bəyan edib.