Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 09:00
Kolumbiyada restoranlardan yemək daşıma üzrə yerli mobil servis koronavirus pandemiyası fonunda çatdırma robotlarının sınağına başlayıb. Medelin şəhərində həyata keçirilən pilot layihəyə gündə 120 sifariş yerinə yetirən 15 robot daxildir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ABŞ şirkətinin 42 litr tutumlu "KiwiBots" robotları nağdsız sifarişlə işləyir. Onlar, həmçinin sifarişi yerinə yetirməzdən əvvəl və sonra dezinfeksiya edilir.
Robotlar vasitəsilə şirkətlər insanlarla əlavə kontaktları aradan qaldırmaq və virusun yayılma sürətini azaltmaq niyyətindədir. Medelində robotlaşdırılmış qida çatdırma pilot proqramı iyuladək davam etdikdən sonra servisin ölkənin digər şəhərlərində tətbiqi nəzərdə tutulur.