Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlandı

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlandı

Tarix: 23 Aprel 2020 10:00

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.


Etiketlər:  Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ