Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 10:40
Nideland millisinin sabiq üzvü Endi var der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.
Qol.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib:
"Azərbaycan klublarının birindən mən iki illik müqavilə təklif olunmuşdu. Bunu qəbul edərək 1 milyon 200 min avro qazana bilərdim. Amma mən təklifi qəbul etmədim. Çünki karyeramı başa vurmağa qərar verdim. Hər zaman məşq etmək mümkün deyil. Bundan başqa, yediklərimə də diqqət etməli idim. Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. Amsterdamdakı evimdə parti təşkil edirdim. İçki, narkotik, qızlar və.s”.