Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 12:39
Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda son günlər ərzində yalnız xəstələrlə təmasda olan insanlar arasında koronavirusa yoluxma halı aşkarlanır.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, son günlər ərzində ölkədə koronavurusa yoluxma halları azalır.
A.Əliyeva mayın 4-dək xüsusi karantin rejiminin olduğunu xatırladaraq qaydalara əməl edilməsini olduqca vacib sayıb:
“Əsas məsələ odur ki, insanlar tibbi maskalardan istifadə etsinlər. İnsanlarla çox təmasda olmamağa çalışsınlar”.