Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi

Bakıda karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi

Tarix: 23 Aprel 2020 16:06

Bakı. Trend:

Bakıda karantin rejimini pozan şəxs inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Belə ki, aprelin 23-də Səbail rayonu Neftçilər prospekti – 67 ünvanında təşkil edilmiş nəzarət postunda aparılan yoxlamalar zamanı bir nəfər şəxs sənədlərini təqdim etməkdən imtina edərək səs-küy salıb, həmçinin polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb.

Həmin şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən Səbail RPİ-nin 9-cu Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lənkəran rayon sakini Cəmil Əhmədli olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, rayon məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati həbs edilib.


Etiketlər:  Bakıda karantin rejimini pozan şəxs inzibati qaydada həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ