Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 18:30
"Bakı metropoliteni"nin sabiq sədri Tağı Əhmədov ondan 3 milyon manat rüşvət alan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun həbsdə azad olunmasına münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, T.Əhmədov Unikal.org-un "Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?" sualına sensasion cavab verib: "Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?".