"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə möhtəşəm qola imza atıb.
Qol.az xəbər verir ki, isveçli futbolçu MLS Liqasının son turunda "Nyu England Revolişn"la görüşdə (1:2) fərqlənib. Zlatan matçın 84-cü dəqiqəsində - komandası 0:2 geridə olduğu vaxt özünəməxsus akrobatik zərbə ilə qol vuraraq, fərqi azaldıb.
Qeyd edək ki, 37 yaşlı forvard yeni mövsümdə 11 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə edib.