Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 23:16
@DSCCRoss adlı Twitter istifadəçisi Samsung şirkətinin yeni qatlana bilən smartfon modeli barəsində məlumatlar verib. Söhbət, Galaxy Fold 2 modelindən gedir. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən hal hazırda aktual olan Galaxy Fold kimi Galaxy Fold 2 modeli də iki ədəd ekran ilə təchiz olunacaq. Smartfon 2213x1689 piksel keyfiyyətli 7.59 düym əsas ekrana sahib olacaq olacaq və həmin ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
Bundan əlavə olaraq əsas ekran LTPO texnologiyası ilə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəni özündə birləşdirəcək. İnsayderin verdiyi məlumata əsasən Samsung mühəndisləri ekranın alt hissəsinə inteqrasiya edilmiş ön kamera barəsində düşünürdülər. Lakin bu texnologiya hələ lazımi səviyyədə çalışmadığı üçün mühəndislər ondan imtina ediblər.
Galaxy Fold 2-nin ikinci ekranı isə 2267x819 piksel keyfiyyətli 6.23 düym olacaq və 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Bununla yanaşı Galaxy Fold 2-nin S Pen stilus dəstəyini də əldə edəcəyi gözlənilir. İnsayder smartfon barəsində digər bir məlumat verməsə də söz verib ki, bunu gələn həftə edəcək. Qeyd etmək lazımdır ki, bu məlumat sızıntısı əsasında məşhur dizayner Ben Geskin, Galaxy Fold 2-nin render fotosunu yaradıb.