Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Texasda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Texasda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Tarix: 24 Aprel 2020 08:00

Bakı. Trend:

ABŞ-ın Texas ştatında "Pilatus PC-12/77" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, təyyarə Dallas şəhərinin hava limanından havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Bildirilir ki, pilot təyyarə havaya qalxdıqdan sonra mühərrikdə problemin olduğu barədə xəbər verib. O qəza enişi etməyə çalışıb, lakin nəticədə yanğın başlayıb.

Məlumata əsasən, pilot xəstəxanaya yerləşdirilib, digər xəsarət alanlar barədə məlumat verilmir.


Etiketlər:  Texasda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ