Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 13:12
Koronavirus pandemiyası səbəbindən martın 12-dən məşqləri dayandıran "Real" yenidən bir araya gəlməyə hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" mayın 4-də məşqləri bərpa etməyi planlaşdırır.
Bununla bağlı bütün işçilər və futbolçular məlumatlandırılıb. Oyunçular aprelin 28-də koronovirus testindən keçəcəklər. Klubun bazasında bütün lazımi gigiyena tədbirlərinə uyğun təlimlər də nəzərdə tutulub.
Qeyd edək ki, İspaniya La Liqası XXVII turdan sonra dayandırılıb. Hazırda 56 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real" lider "Barselona"dan 2 xal geri qalır.