Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 14:12
Bakı. Elnur Bağışov - Trend:
İranda 19 fevraldan bu günәdәk (24 aprel) yeni koronavirus (COVID-19) nәticәsindә 5 574 nәfәr ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötәn 24 saat әrzindә İranda 93 nәfәrin bu virusdan ölmәsi öz tәsdiqini tapıb.
O әlavә edib ki, ötәn sutkada daha 1 168 nәfәrin koronavirusa yoluxması ilә İranda yoluxanların sayı 88 194 nәfәrә yüksәlib. Onlardan 3 121 nәfәrin vәziyyәti ağırdır.
Nazirlik rәsmisi 66 596 nәfәrin müalicә olunaraq sağaldığını deyib. İndiyәdәk 399 mindәn çox diaqnoz testi hәyata keçirilib.