Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 14:36
Bakı. İlhamə İsabalayeva - Trend:
Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.
Onun sözlərinə görə, indi bütün ölkələr karantindən çıxma tədbirləri hazırlayır, amma hamımız bilməliyik ki, bu tədbirləri ehtiyatla yüngülləşdirmək lazımdır.
"Azərbaycan hökuməti mayın 5-dən karantin tədbirləri ilə bağlı yüngülləşdirmələrin aparılmasından bəhs edir, bunun üzərində çalışır. Biz də əlimizdən gələni etməyə çalışırıq. ÜST bu məsələ ilə bağlı kriteriyalar hazırlamağa çalışır. Bunlara uyğun olaraq, bəzi ölkələr tədbirlər həyata keçirəcəklər. Amma yaşlı insanların sağlamlığnın qorunması vacibdir. Burada önəmli olan xalqın dövlətə olan dəstəyi və qaydalara əməl etməsidir”.
H.Harmancı qeyd edib ki, virusa yoluxma halları azalır:
“Lakin anında köhnə vəziyyətə qayıtsalar, alovlanma ola bilər. Hökumət elə etməlidir ki, insanların təhlükəsizliyi təmin edilsin. Biz karantin rejimi nəticəsində yolxumanı azaltdıq, amma onu yenidən aradan götürsək, bu say yenidən artacaq. Nəzərə almaq lazımdır ki, virusun müalicəsi və ona qarşı peyvənd hələ yoxdur və o hələ də təhlükəlidir. Dünya əhalinin çoxu hələ də virusa qarşı həssasdır. Lazımi tədbirlər görülməsə, virus yenidən alovlana bilər”.
H.Harmancı hər bir yoluxma halının aşkar edilməsi, yoluxmuş xəstələrin izolyasiyası, şübhəli halların test edilməsi, hər bir xəstənin müalicə edilməsi epidemiyanın qarşısının alınması üçün vacibdir. Mən Azərbaycan xalqına təşəkkür edirəm ki, COVİD-19-a qarşı səmərəli mübarizə aparırlar. İndi bizim ən çox həmr olmağa ehtiyacımız var”.