Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mağazanı qəsdən yandırdılar

Bakıda mağazanı qəsdən yandırdılar

Tarix: 24 Aprel 2020 15:24

Bakı. Trend:

Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan birini qəsdən yandırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulub.

1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Bakıda mağazanı qəsdən yandırdılar


RƏYLƏR