Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Küçəyə çıxmağa da qoymurlar, yazıq kişilər neyləsin?”

“Küçəyə çıxmağa da qoymurlar, yazıq kişilər neyləsin?”

Tarix: 24 Aprel 2020 20:10

Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan "Gəl qonaq ol" proqramının virtual qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktrisa verilişə evindən görüntülü bağlanaraq karantin qaydalarına əməl etdiyini vurğulayıb. O, hamilə qadınlara görə çox narahat olduğunu dilə gətirib:

"Əvvəl pedaqoq olmuşam, sonra kinoya çəkilmişəm və böyük tibb mərkəzinə rəhbərlik etməyə başlamışam. Bu tibb mərkəzinin rəhbəri olmağın ən çətin tərəfi doğum günləri idi. Mən başa düşürəm ki, indiki yaranmış vəziyyət və bu dönəmdə özünü necə aparmaq haqqında danışmaq lazımdır.

İcazənizlə mən həm də öz narahat olduğum məqamlar haqda sizinlə söhbət edim. İndi evdə qalmağın vacibliyi haqqında bu qədər danışılır, bu virus həqiqətən təhlükəlidir. Bəziləri deyir ki, bu xəbərlər yalandır, fikirləşib virusu yaradıblar və s. Nə fərqi var? Bu virusu yetişdiriblər, yoxsa bizə yeridiblər və yaxud o özü bizə gəlib. Mənim də xarici ölkələrdə çoxlu dostlarım var, həm ştatlarda- harda ki, virus çox aktivdir, həm Sinqapurda - harda ki, hər şey çox sərtdir! Orada mənim qızım yaşayır.

Dünya üzrə artıq 1,5 milyon insan ölüb. Bunlardan 500 mini tutaq ki, öz əcəli, qocalıq və qəzadan ölüb. Yenə də dəhşətli rəqəmlərdir və həqiqətən qorxuludur. Mən ən çox hamilə qadınlara görə narahatam. Başa düşürsünüz, mən 20 il onların yanında olmuşam, xanımları gələcəyin anası olmağa hazırlaşdıqları gündən etibarən əsl ana olduqları günə qədər görmüşəm. Və mən dəqiq bilirdim ki, bu ana olmaq istəyən cavan qadınları qarşıda nə qədər problem gözləyir!

Sizdən çox xahiş edirəm ki, hamilə qadınların yaxınları onların nazı ilə oynaya bilsin. "Bunu istəyirəm, onu istəyirəm" söyləyənlərə xahiş edirəm deyin ki, "nə istəyirsən, qurban olum sənə, hamısını sənin üçün eləyərəm".

Ən azından bu dönəmdə hər zaman dəstək olmaq lazımdır. Amma belədir ki, bizdə mental təfəkkür bir az fərqlidir, daha çox iş kişilərin ayaqları altına atılıb. Mən hamilə qadınlardan sonra da ən çox kişilərə görə pis oluram. Dövlət orqanları onları işə buraxmır, xanımları isə "əşi rədd ol, artıq bezmişəm səndən" deyir. Biz bunu da bilirik! Polislər də küçəyə çıxmağa qoymur. Bu yazıq kişilər neyləsinlər?"

Milli.Az


Etiketlər:  Küçəyə çıxmağa qoymurlar yazıq kişilər neyləsin


RƏYLƏR