Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ailə Könüllüləri'' layihəsinə start verildi

''Ailə Könüllüləri'' layihəsinə start verildi

Tarix: 24 Aprel 2020 21:26

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Ailə Könüllüləri" layihəsinə start verir.

Komitədən Sonxeber.net-a verilən məlumata görə, "Ailə Könüllüləri"nin fəaliyyətinin əsas məqsədi müxtəlif ünsiyyət vasitələri və əlaqə mexanizmlərindən istifadə etməklə milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin, möhkəm ailə modelinin təbliği, bilik və təcrübələrin ötürülməsi yolu ilə müsbət həyat nümunələrinin və hekayələrinin insanlar arasında yayılması, həmçinin ailələrin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

Layihənin hədəfləri sırasında silahlı münaqişələr, təbii fəlakətlər, yanğınlar, epidemiyalar və digər fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə dəstək göstərilməsi də mühüm yer tutur.

"Ailə Könüllüləri"nin fəaliyyətinin məqsədləri sırasına həmçinin həssas qruplara daxil, aztəminatlı, o cümlədən gənc ailələrin qarşılaşıdqları çətinliklərin və problemlərin həlli üçün müvafiq xidmətlərə yönləndirmək, habelə sosial, psixoloji və mənəvi dəstək göstərmək də daxildir.

"Ailə Könüllüləri"nin fəaliyyəti yalnız ailələri deyil, həm də yerli icmaların inkişafına birgə töhfə vermək üçün imkanlar yaradır və ən əhəmiyyətlisi, uşaqlarda xeyirxahlıq, mərhəmət və humanizm keyfiyyətlərinin aşılamağa yönəlir.

"Ailə Könüllüləri" layihəsinə qoşulmaq və "Ailə könüllüsü" kimi fəaliyyət göstərmək üçün ailələr müvafiq (əlavə edilir) anket formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Anket forması qəbul edildikdən sonra Təşkilat Komitəsi tərəfindən ailələrlə əlaqə saxlanılacaq və onlarla müsahibə keçiriləcək.

"Ailə Könüllüləri"nin fəaliyyəti "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə könüllü arasında bağlanmış müqavilə ilə tənzimlənir.


Etiketlər:  Ailə Könüllüləri layihəsinə start verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ