Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 22:51
Moskva Sklifosovskiy adına təcili yardım bazasında rusiyalı həkimlər koronavirus infeksiyasına qarşı heliy tətbiqi ilə bağlı yeni metodika işləyib hazırlayır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, sovet dövründən icad olunmuş aparat hazırda test rejimində sınanır. Moskva həkimlərinin unudulmuş köhnəni xatırlaması və effektiv nəticələr alması Fransa, ABŞ kimi ölkələrin də diqqətini cəlb edib.
Helium qazının ağciyərlərin virus zədələnməsində təsiri çox yaxşıdır, o orqanizmdə oksigen aclığının qarşısını alır.
Terapiya xüsusi aparat vasitəsilə xəstənin 15 dəqiqə 92 dərəcə qızdırılmış oksid heliylə nəfəs alması üzərində qurulub. Bu zaman alveolyar membranda oksigen diffuziyası yaxşılaşır, tənəffüs yollarında boğulma azalır, əzələlərin boşalması baş verir. Bu dərəcədə qızdırılmış qaz koronavirusun aktivliyini də azaldacaq, pasiyent qızdırmadan halsız olmayacaq, xəstəliyi asan keçirəcək. Proseduru ağciyərlərin saunası da adlandırmaq olar.