Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 23:36
Bakı. Trend:
Fransada epidemiya başlayandan indiyədək koronavirusdan ölənlərin sayı 22 min nəfəri keçib.
Trend-in məlumatına görə, bu barədə brifinqdə Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon deyib.
"Epidemiya başlayandan xəstəxanalarda 22 245 nəfər dünyasını dəyişib", - J.Solomon deyib. Qocalar evlərində, tibbi və sosial müəssisələrdə ölənlərin sayı 8300 nəfər təşkil edib.
Son 24 saat ərzində koronavirusdan ölkədə 389 nəfər ölüb, ümumilikdə yoluxanların sayı isə 122 577-ə yüksəlib.
J.Salomon sutka ərzində 1619 nəfərin xəstəxanaya yerləşdirildiyini, 29 658 xəstənin xəstəxanalarda, 4 870 nəfərin reanimasiyada olduğunu bildirib. Baş direktor vurğulayıb ki, ölkədəki xəstəxanalarda xəstələrin sayında azalma müşahidə olunur.