Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sosial şəbəkəyə girmirəm, köhnə məktəbdənəm” – Nazarov

“Sosial şəbəkəyə girmirəm, köhnə məktəbdənəm” – Nazarov

Tarix: 25 Aprel 2020 09:48

Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge Aue" klubunun futbolçusu Dmitri Nazarov sosial şəbəkələrə girmir.

Qol.az xəbər verir ki, o, "Bild" nəşrinə açıqlamasında bildirib ki, koronavirus pandemiyası dövründə də sosial şəbəkələrdə uzaqdır. Nazarov özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib:

"Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm. Boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

 


Etiketlər:  Sosial şəbəkəyə girmirəm köhnə məktəbdənəm Nazarov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ