Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 10:20
Azərbaycana 2011-ci ildə "Avroviziya" sevinci bəxş edən cazibədar müğənni Nigar Camal çəkdirdiyi "selfi" ilə gündəmə gəlib.
Sonxeber.net oxu.az-a istinadla xəbər verir ki, qara dərin dekolteli libasda güzgü qarşısına keçən sənətçi baxımlılığı və gözəlliyi ilə göz qamaşdırıb.
N.Camal seksual fotosuna şərh olaraq yazdığı "Evdə qalmağın son günləri. Sizcə bu yay tətilə gedə biləcəyik?" sualı ilə izləyicilərinə səslənib.
Sosial media əhli "Heç deməzsən ki, iki uşaq anasısız", "Bizi bu fotonuzla öldürmək istəyirsiz?", "Gözlərimiz karantində gözəllik görür" kimi rəylərlə Nigarı şərh yağışına tutublar.