Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionluq "Ayaks"a verilmədi - "Bütün mövsüm lider idik"

Çempionluq

Tarix: 25 Aprel 2020 11:42

Niderland çempionatında 2019/20 mövsümü dünən rəsmən erkən başa vurulsa da, çempion elan edilməyəcək.

Qol.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkə futbol federasiyasının çıxardığı bu qərar “Ayaks”ı məyus edib. Bu da təsadüfi deyil. Amsterdam təmsilçisi demək olar, bütün mövsüm boyu lider olub.

Klubun baş direktoru Edvin van der Sar “Ayaks”ın rəsmi Yutub kanalına müsahibəsində deyib: “Futbolçular meydanda çempion olmaq istəyirlər. Biz bütün mövsüm turnir cədvəlində ilk pillədə idik. Təəssüf ki, çempionluq bizə verilməyəcək. Amma vəziyyəti nəzərə alsaq, bu qərar anlaşılandır. İndi futboldan daha vacib məsələlər var”.

Qeyd edək ki, “Ayaks” çempion elan ediməsə də, hazırkı lider olaraq növbəti mövsüm ölkəsini Çempionlar Liqasında təmsil edəcək.

Əlavə edək ki, Niderland çempionatı 25-i turdan dayandırılıb. O vaxta qədər “Ayaks” və “Az Almaar” 56 xalla birinci-ikinci yerləri bölüşdürüb.

 


Etiketlər:  Çempionluq Ayaksa verilmədi Bütün mövsüm lider idik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ